Müdir işçisinin pulunu qəpiklə verdi - Özü də maşın yağına batırıb sonra...

ABŞ-da keçmiş işçisinə son maaşını qəpiklərlə ödəyən və işçilərini müəyyən etdiyi vaxtdan çox işlədib pulunu verməyən mexanikə qarşı edilən şikayətin nəticəsi bəlli olub.

meqale.com xəbər verir ki, məhkəmənin qərarına əsasən "Autoworks" MMC-nin sahibi Mayls Valker keçmiş işçisi Andreas Flaten və digər səkkiz işçiyə təxminən 40 min dollar ödəməlidir.

Məlumata görə, təmir sexinin sahibi Flatenə 915 dollar maaşını 91 min 500 ədəd mühərrik yağına batırılmış qəpiklə verib. Eyni zamanda Flatenin evinin qarşısına tökdüyü qəpiklərin üzərinə təhqiramiz yazı qoyub.

Onun bu hərəkətinə səbəb isə Flatenin maaşını ala bilmədiyi üçün polisə şikayət etməsi olub. (publika)