Müəllim 8 yaşlı şagirdini öldürdü
Cənubi Koreyanın Daejeon şəhərində ibtidai məktəbdə 40 yaşlı müəllim 8 yaşlı şagirdini bıçaqlayaraq öldürüb.
meqale.com-ın məlumatına görə, hər iki şəxs məktəbdə ağır yaralı halda tapılıb.
Şagird huşsuz vəziyyətdə xəstəxanaya aparılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb. Müəllimin isə müalicəsi davam edir.