Naxçıvanda güclü yanğın

Şahbuz rayonunda güclü yanğın baş verib, bir-birinə yaxın olan evlər yanıb.

Naxçıvanda güclü yanğın
Şahbuz rayonunda güclü yanğın baş verib, bir-birinə yaxın olan evlər yanıb.

meqale.com report.az-a istinadən xəbər verir ki, yanğın rayonun Biçənək kəndində qeydə alınıb.

Yanğının söndürülməsi üçün hazırda Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları əraziyə cəlb olunub.

İlkin məlumata görə, kənddə bir-birinə bitişik olan 3 ev yanıb.