Nazir qarşıda duran prioritet istiqamətləri açıqladı

2024-cü il və sonrakı illərə makroiqtisadi və makrofiskal sabitliyin təmin edilməsi prioritet istiqamətlər təşkil edir.

Nazir qarşıda duran prioritet istiqamətləri açıqladı
2024-cü il və sonrakı illərə makroiqtisadi və makrofiskal sabitliyin təmin edilməsi prioritet istiqamətlər təşkil edir.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, əsas prioritetlər sırasına işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramının maliyyələşdirilməsi, müdafiə qabiliyyətinin gücləndirilməsi daxildir.

"Bununla yanaşı sosial, elm və təhsil sahəsində islahatların həyata keçirilməsi büdcə layihəsində prioritet istiqamətlər kimi nəzərə alınıb", - deyə nazir əlavə edib.