Nazirdən YENİ TƏYİNATLAR

Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni təyinatlar olub.

Nazirdən YENİ TƏYİNATLAR
Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni təyinatlar olub.

meqale.com bildirir ki,"Unikal"ın əldə etdiyi məlumata görə, nazir Muxtar Babayevin əmri ilə Asif Məcidov 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi  təyin edilib. Bu təyinata qədər o, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsində çalışıb.

Məlumatı nazirliyin mətbuat katibi İradə İbrahimova təsdiqləyib.

O bildirib ki, 8 Saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsinə isə 7 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Akif Məmmədov təyin edilib. 

7 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsi 9 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri Anar Süleymanova həvalə olunub.