"NEFERTEM" adlı qrup sərgisi açıldı - FOTO

Ramilə Şamilovanın "LèRami" art studionun tələbələrinin iştirakı ilə "NEFERTEM" adlı qrup sərgisi açılıb.

Ramilə Şamilovanın "LèRami" art studionun tələbələrinin iştirakı ilə "NEFERTEM" adlı qrup sərgisi açılıb.

Rəssam, art kurator Ramilə Şamilovanın rəhbərliyi altında "LèRami" art studionun tələbələrinin iştirakı ilə "NEFERTEM" adlı qrup sərgisi Muzey Mərkəzinin Sərgi Qalereyasında açıldı.

Rəssam Ramilə Şamilovanın tələbələri, sənət dünyasında öz yollarını aydınlaşdırmağa davam edir. Bu sərgidə iştirak edən tələbələrin demek olarki hər birinin öz başqa profesiyanal sahələri var və onlar bunu etməklə həm uşaqlıq arzularını reallaşdırmış həm də öz xobbilərini profesiyanal formada təqdim etməkdir. Və bununlada bu işi  böyük şövqlə bacardıqlarını özlərinə və ətrafdakilarına sübut edirlər.  Sərgidə 40 tələbənin ümumilikdə 80 rəsm əsəri nümayişi olunur. Ekspozisiyada 30 yaşdan yuxarı 30 rəssam və 10 uşaq rəssamın əsərləri yer alıb. Əsərlər ən böyük 2 metr ən balaca isə A5 ölçülərində yağlı boya və qrafika olmaqla dəyişir.

"LèRami" art studianın əsas məqsədi 30 yaş üstü xüsusi ilə qadınların, vaxtıikən rəsmlə məşğul olmaq istəyib amma məşğul ola bilməyib, indi isə öz uşaqlıq arzularını reallaşdırmaq üçün buraya toplaşıblar. Məqsəd bir çoxunda eyni olsada zamanla öz təşəbbüslərinə görə inkişaf yolu dəyişir, təkcə rəsm çəkmək deyil eyni zamanda daxillərindəki məni çıxartmağa özləri özlərinə kömək edirlər. Bir çoxları bugünə kimi özümü sanki unutmuşdum yadıma saldım yenidən kimi  ifadələr işlədirlər. Qadınlar özlərini unutmasınlar həyat ən çox onlar üçün sürətlə gedir. Məqsəd sadədir, özlərini yenidən sevməyə, tanımağa və yaranmağa vadar etməkdir.

Sərgidə iştirak edən rəssamların siyahısı:  Səadət Nağıyeva, Mələk Quliyeva, Səbinə Namazova, Nilüfər Aslanlı, Fidan Vəlizadə, İnci Qarabağlı, Lamiyə Dəmirli, Günel Taşkın, Məryəm İbrahimova, Leyla Əliyeva, Həmidə Sədibəyli. Ayan Sədibəyli, Təranə Quliyeva, Selin Mollazadə. Aya Rzalı. Turan Aydınlı. Şahnaz Orucova, Nübar Xəlilova,  Nərmin Namazova, Ləman Bayramlı, Günel Mavliyarova, Ayla Fərzəliyeva, Nərmin Fərzəliyeva, Lalə Məmmədzadə, Lala Hacıyeva. Sevinc Məhəməliyeva, Roza, Şəfəq Təhməzli, Dürnisə Cabbarlı, Fidan Qasımova, Fidan Əhmədova, Fəridə Bayramova,   Günel Yusifova, Ləman Kərimli, Şahnaz Əhədova.

Ramilə Şamilova, estetik dünyasına böyük həvəsi olan rəssam, pedaqoq və kuratordur. Onun sənət səyahəti 12 yaşında başlayıb və müxtəlif təhsil müəssisələrində, o cümlədən Əzim Əzimzadə adına Rəssamlıq Kollecində və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında davam etdirib. R.Şamilova, həmçinin London Müasir İncəsənət Muzeyinin "Müasir İncəsənət və İdeyalar"ı kursunda onlayn təhsil alıb. O, sənətə olan bağlılığını şəxsi təcrübəsindən kənara çıxaraq, çoxsaylı sərgilərdə kuratorluq etməklə və işlərini nüfuzlu məkanlarda nümayiş etdirmək şərəfinə nail olmuşdur. Bu sərgi, Ramilə Şamilovanın pedaqoji uğurlarını və onun tələbələrinin bədii inkişafını qeyd etmək üçün mükəmməl bir fürsətdir. Sərgi, həmçinin tələbələrin yaradıcılıq çeşidini və sənətə olan yanaşmalarını nümayiş etdirir.