Neftçalada ər arvadını bıçaqlayaraq öldürməkdə şübhəli bilinir

Neftçala rayonunda qətl hadisəsi baş verib.

Neftçalada ər arvadını bıçaqlayaraq öldürməkdə şübhəli bilinir
Neftçala rayonunda qətl hadisəsi baş verib.

meqale.com report-a istinadən xəbər verir ki, hadisə rayonun Qaraymanlı kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini, 1973-cü il təvəllüdlü Tağıyeva Şəhla Telman qızı ailə münaqişəsi zəminində əri tərəfindən çoxsaylı bıçaq zərbəsi alıb.

Yaralı qadın Neftçala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.