"Neftçi" bu gün meydana çıxır

"Neftçi" futbol üzrə Misli Premyer Liqasında növbəti oyununu bu gün keçirəcək.

"Neftçi" futbol üzrə Misli Premyer Liqasında növbəti oyununu bu gün keçirəcək.

meqale.com bildirir ki, Samir Abasovun baş məşqçisi olduğu kollektiv XXV turda "Kəpəz"lə üz-üzə gələcək.

Qarşılaşma Tovuz şəhər stadionunda, saat 17:00-da start götürəcək. Paytaxt təmsilçisi 27 xalla 6-cı, bölgə klubu 19 xalla 9-cu pillədə qərarlaşıb.

Misli Premyer Liqası III dövrə, XXV tur

4 mart

5 mart

17:00. "Kəpəz" - "Neftçi" Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov. VAR: Rauf Allahverdiyev. AVAR: Asiman Əzizli. Hakim-inspektor: Munis Abdullayev. AFFA nümayəndəsi: Asif Əliyev. Tovuz şəhər stadionu

Qeyd edək ki, turun əvvəlki matçlarında "Şamaxı" səfərdə "Səbail"i, "Qarabağ" "Sumqayıt"ı, "Zirə" isə "Turan Tovuz"u 2:0 hesabı ilə üstələyib. "Sabah" - "Araz-Naxçıvan" görüşündə qalib müəyyənləşməyib - 2:2.