"Neftçi"dən ayrılan futbolçu keçmiş klubuna qayıdıb
"Neftçi"dən ayrılan Mark Tamaşın yeni klubu müəyyənləşib.
meqale.com xəbər verir ki, 31 yaşlı futbolçu Rumıniya təmsilçisi "Sepsi"yə keçib.
Macarıstanlı müdafiəçi komandanın Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışına qoşulub.