Nərgiz Məhəmmədi mühakimə olunacaq
Güneyli siyasi məhbus, hüquq müdafiəçisi və Nobel Sülh Mükafatının qalibi Nərgiz Məhəmmədinin mükafatını aldıqdan sonra ilk məhkəməsi dekabrın 19-da İnqilab Məhkəməsinin 26-cı şöbəsində keçiriləcək.
meqale.com xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı bildirib.
Məlumata görə, Nərgiz Məhəmmədi dekabrın 10-da Nobel Sülh Mükafatının verildiyi gün Tehrandakı Evin zindanının idarəsinə çağırılıb və ona mühakimə olunacağı bildirilib.