Nəsimi icrada dəyişiklik - Səlahiyyət Gülarə Verdiyevadan alındı, ona tapşırıldı

Xəbər verdiyimiz kimi, ötən ilin dekabrında Nəsimi Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı Elxan İbrahimov vəzifəsindən uzaqlaşdırıldı. Bundan sonra yerli KİV-də onun səlahiyyətlərinin müvəqqəti olaraq birinci müavin Gülarə Verdiyevaya tapşırılması ilə xəbərlər yayılmışdı.

meqale.com-ın əldə etdiyi məlumata görə, Gülarə Verdiyevaya tapşırılan səlahiyyətlər ondan alınıb. Hazırda isə icra başçısının səlahiyyətlərini müvəqqəti icrası digər müavin Zahid Xəlilovdur.

Fotoda Zahid Xəlilov

Nəsimi rayonunda 2025-ci ilin yekunlarına həsr olunmuş tədbirdə icra başçısını Zahid Xəlilov əvəz edib. 

Xatırladaq ki, hazırda Nəsimi RİH-də rəhbər şəxs vəzifəsində cəmi iki nəfər qalıb. Bunlardan biri Gülarə Verdiyevadır, digəri isə müavin Zahid Xəlilovdur. Hazırda icra başçısı da daxil olmaqla, daha bir müavin postu, sektor müdiri - baş mühasib və başçısının köməkçisi vəzifələri vakantdır. İcra başçısının digər müavini Ramiz Quliyevi isə Elxan İbrahimov vəzifəyə gəldikdən sonra işdən çıxarmışdı.