"Aşıq Əlidən borc pul almışam"

Müğənni Əminə Şirin verdiyi açıqlama ilə diqqət çəkib.

Müğənni Əminə Şirin verdiyi açıqlama ilə diqqət çəkib.

meqale.com xəbər verir ki, sənətçi indiyədək demək olar ki, heç vaxt borc almadığını, yalnız bir dəfə belə hal yaşandığını bildirib.

Əminə Şirin etiraf edib ki, təxminən 10-12 il əvvəl Aşıq Əlidən borc götürüb:

"Ömrümdə heç vaxt borc almamışam. Yalnız bir dəfə, 10-12 il əvvəl Aşıq Əlidən borc götürmüşdüm. Böyük məbləğ deyildi, orta səviyyədə idi. Ailəvi olaraq yaxın idik, ona görə istədim. Tək borc bu olub deyə, yadımdadır".

Müğənni əlavə edib ki, borcu qısa müddət ərzində geri qaytarıb:

"Vaxtında, cəmi 2-3 gün gecikmə ilə qaytardım. Əli o borcu ürəklə vermişdi".

Sənətçinin bu səmimi etirafı izləyicilər tərəfindən maraqla qarşılanıb.