Netanyahu Mayamidə yaşayan oğlundan narahatdır: İranın hədəfi Yairdir?
İsrailin Baş naziri Benyamin Netanyahu Mayamidə yaşayan oğlu Yairin mühafizəsinin gücləndirilməsini istəyib. Onun fikrincə, Yair İranın hədəfinə çevrilə bilər.
                        meqale.com oxuya istinadən xəbər verir ki, Netanyahu Tehranda Fələstinin HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq İranın iyulun 31-də xaricdəki israillilərə qarşı sui-qəsd törədəcəyindən narahatdır. Yair Netanyahu isə 2023-cü ilin martından Mayamidə yaşayır.
Baş nazirin istəyi ilə bağlı sorğu xüsusi xidmət orqanlarına göndərilib. Eyni zamanda, təhlükəsizlik xidmətinin adı açıqlanmayan rəsmiləri bildiriblər ki, Yair Netanyahunun təhlükədə olduğuna dair hər hansı bir əlamət yoxdur və buna görə də İsrail Baş Təhlükəsizlik Xidməti onun mühafizəsini artırmaq niyyətində deyil.