Netanyahu Səudiyyə ilə bağlı qərarından geri çəkildi

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-da noyabrda keçiriləcək prezident seçkilərindən əvvəl yəhudi dövləti ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşdırılmasına dair potensial sazişi irəli sürməmək qərarına gəlib.

meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrailin "12-ci kanal" televiziyası məlumat yayıb.

Bildirilib ki, Netanyahu ABŞ-dakı siyasi vəziyyət, Amerika lideri Co Baydenlə fikir ayrılığı, eləcə də Ər-Riyadın Qəzza zolağında atəşkəs tələbi ilə əlaqədar Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşdırılması planının icrasından vaz keçib.