Netanyahunun müşaviri: “HƏMAS-ın şimaldakı mövqeyi çökməyə yaxındır”
"HƏMAS-ın Qəzza zolağının şimalındakı mövqeyi çökməyə yaxındır".
meqale.com report.az-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahunun müşaviri Mark Regev deyib.
Onun sözlərinə görə, İsrail ordusunun əməliyyatları məqsədyönlü şəkildə həyata keçirməsi dinc əhali arasında itkiləri azaldır:
"Bildiyiniz kimi, şimalda HƏMAS terrorçularının təslim olması ilə bağlı çoxlu hallar olub. Hesab edirik ki, oradakı hərəkat iflasa yaxınlaşır. Cənubda bir az da uzanacaq, çünki biz orada əməliyyatlara sonradan başlamışıq".