“Netflix” qiymətləri artırır

"Netflix" təxminən 19 milyon yeni abunəçi qazandıqdan sonra bir sıra ölkələrdə qiymət artımı edəcəyini açıqlayıb.

“Netflix” qiymətləri artırır
"Netflix" təxminən 19 milyon yeni abunəçi qazandıqdan sonra bir sıra ölkələrdə qiymət artımı edəcəyini açıqlayıb.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, şirkət ABŞ, Kanada, Argentina və Portuqaliyada abunə qiymətlərini artıracağını bildirib.

Sadalanan ölkələrin hamısında son qiymətlər açıqlanmasa da, ABŞ-da demək olar ki, bütün abunə planlarında qiymətlər artacaq. Reklamsız standart abunə haqqı artıq ayda 15,49 dollardan 17,99 dollara yüksələcək. Reklamlı planın qiyməti də 1 dollar artaraq 7,99 dollar olacaq.