Niderland Ukraynaya “F-16” tədarükü ilə bağlı öhdəliklərinə sadiqdir

Niderland "F-16" qırıcıları da daxil olmaqla, Ukraynaya hərbi yardım göstərməyə sadiqdir.

Niderland Ukraynaya “F-16” tədarükü ilə bağlı öhdəliklərinə sadiqdir
Niderland "F-16" qırıcıları da daxil olmaqla, Ukraynaya hərbi yardım göstərməyə sadiqdir.

meqale.com report.az-a istinadən xəbər verir ki, bunu "X" hesabında Niderlandın xarici işlər naziri Kaspar Veldkamp ukraynalı həmkarı Dmitri Kuleba ilə telefon danışığından sonra bildirib.

Söhbət zamanı Veldkamp Ukraynanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiyası istiqamətində atdığı addımları da alqışlayıb.

Niderland Ukraynanın "F-16"larla təchizatında və pilotların hazırlanmasında koalisiyada əsas rollardan birini oynayır. Bu təşəbbüs çərçivəsində Amsterdam tərəfi Kiyevə 24 təyyarə verməyi planlaşdırır.