Nikol Şörzingerin Bakıdakı çıxışı, geyimləri… - VİDEO
Dünyaca məşhur amerikan müğənni Nikol Şörzinger Bakıya gəlib.
O, 27 iyulda "DreamFest" Beynəlxalq Musiqi Festivalında səhnəyə çıxıb.
Şörzinger həm Devid Foster və dostları, həm də Xalq artisti Emin Ağalarov ilə mahnı oxuyub.
meqale.com olay-a istinadən xəbər verir ki, sənətçi digər ulduzlardan fərqli olaraq səhnə aldıqdan sonra qırmızı xalıda addımlayıb.
Çıxışı üçün qara, sinə dekolteli, gümüşü detalları olan uzun libas seçən Şörzinger qırmızı xalıya qısa, parıltılı və rəngli don geyinib.
Onun hər iki libası da məşhur azərbaycanlı dizayner Rüfət İsmayılın imzası daşıyır.