"Nissan" bir gündə iki yolsuzluq avtomobilini təqdim etdi
Yeni "Nissan Patrol" və "Nissan Armada" təqdim edilib.
meqale.com oxuya istinadən bildirir ki, ABŞ-də jurnalistlərə üçüncü nəsil nəhəng "Armada", Əbu-Dabidə isə yeddinci nəsil "Patrol" təqdim olunub. Əslində bu, eyni avtomobildir, sadəcə müxtəlif ölkələrin bazarları üçün nəzərdə tutulub. Onun görünüşü radikal şəkildə dəyişib, V8 əvəzinə turbo V6 mühərriki qoyulub, lakin konstruksiyasının əsasında əvvəlki kimi qalıb: bu, bütün təkərlərin müstəqil asqısı ilə rahat yolsuzluq avtomobilidir.
"Armada" və "Patrol" modelləri Fukuokada eyni konveyerdə istehsal olunur və yalnız kiçik detallarla fərqlənirlər. Onların, həmçinin "İnfiniti" markasından premium "qardaşı" var - "QX80" yolsuzluq avtomobili.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun