Nizami Gəncəvinin sitatı Hollivud filmində - Adı səhv yazıldı - FOTO
Amerikalı rejissor Co Karnahanın "Not without hope" ("Ümidsiz olma") filminin trilleri yayımlanıb.
meqale.com xəbər verir ki, ekran işində böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin sitatı yer alıb: "Çətinlik anında ümidsiz olmayın, çünki büllur yağış qara buludlardan yağır".
Lakin filmin titrlərində texniki səhvə yol verilib və şairin adı "Izami" kimi göstərilib, "N" hərfi yazılmayıb.
Qeyd edək ki, filmin baş rollarını Zaxari Levi və Coş Dyuamelin canlandırır. Ekran işinin süjet xəttində güclü qasırğa Meksika körfəzindən 70 mil aralıda balıqçı qayığını aşırır. Dörd dost buz kimi soyuq suda qalır və onları ağır sınaq gözləyir. (Axşam.az)