Növbəti köç karvanı Şuşaya çatdı - YENİLƏNİB
Bu gün səhər saatlarında yola çıxan növbəti köç karvanı Şuşa şəhərinə çatıb.
meqale.com AZƏRTAC-a istinadən bildirir ki, Şuşa şəhəri doğma sakinlərini qarşılamağa davam edir. Bu gün 49 ailə olmaqla, 191 nəfər Şuşa sakini öz yurduna qovuşub.
Köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
--------
06:56
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Şuşa şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.