Noyer yenidən "dirildi"

Zədəyə görə bir müddət yaşıl meydanlardan uzaq qalan Almaniyanın "Bavariya" klubunun qapıçısı Manuel Noyer topla məşqləri bərpa edib.

Noyer yenidən
Zədəyə görə bir müddət yaşıl meydanlardan uzaq qalan Almaniyanın "Bavariya" klubunun qapıçısı Manuel Noyer topla məşqləri bərpa edib.

meqale.com xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

39 yaşlı qolkiper martın 5-də "Bayer 04" klubuna 3:0 hesabı ilə qalib gəldikləri Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk matçında sıradan çıxmışdı. Martın 22-də bərpa məşqlərinə start verən Noyer baldır əzələsində narahatlıq hiss etmişdi.