“Nyukasl” ilk dəfə İngiltərə Liqa Kubokunun qalibi oldu
İngiltərə Liqa Kubokunun finalında "Nyukasl" futbol klubu "Liverpul"u 2:1 hesabı ilə məğlub edib.
meqale.com-ın məlumatına görə, görüş Londonun "Uembli" stadionunda baş tutub.
Qalib komandanın heyətində qolları Den Bern (45-ci dəqiqə) və Aleksandr İsak (52) vurublar. "Liverpul"dan Federiko Kyeza (90+4) fərqlənib. 51-ci dəqiqədə İsak qol vursa da, hakimin video köməkçisi (VAR) sisteminin müdaxiləsindən sonra qol hesaba alınmayıb.