O icazə versə, deputatlığa namizəd olacam - Fəzail Ağamalı
Ana Vətən Partiyasının növbədənkənar parlament seçkilərində iştirakla bağlı qərarı gələn həftə olacaq.
meqale.com axar.az-a istinadən bildirir ki, bunu APA-ya açıqlamasında VI çağırış Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib.
Partiya sədri bildirib ki, artıq ilkin müzakirələr aparılıb, namizədlər demək olar bəllidir:
"Partiyanın Seçki Qərargahını yaratmışıq və səlahiyyətli nümayəndələrimizi Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etmişik. Namizədlərin irəli sürülməsi məsələsini isə partiyanın gələn həftə keçiriləcək iclasında müzakirə edəcəyik".