“O Ses Türkiye”nin yeni münsifləri
"O Səs Türkiyə 2025" yarışması üçün geri sayım başladı. Sevilən proqramın münsiflər heyətində yer alacaq məşhur adlar rəsmi olaraq açıqlanıb.
meqale.com xəbər verir ki, Acun Ilıcalı, "O Səs Türkiyə" Yeni İl xüsusi proqramında verdiyi açıqlamada, yarışmanın 25 yanvar 2025-ci ildə başlayacağını bildirib.
"O Səs Türkiyə 2025"-in münsif heyəti dəqiqləşib. Münsiflərdə Bəyazıt Öztürk, Melikə Şahin, Gökhan Özoğuz və Hadisə yer alacaq.