Ödənişli yolda AĞIR QƏZA - Ölən və yaralananlar var

Bakı-Rusiya Federasiyası dövlət sərhədi ödənişli avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Ödənişli yolda AĞIR QƏZA - Ölən və yaralananlar var
Bakı-Rusiya Federasiyası dövlət sərhədi ödənişli avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

meqale.com xəbər verir ki, Cəfər Həsənovun idarə etdiyi "BMW" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Nəticədə sürücü C. Həsənov hadisə yerində ölüb. Avtomobildə olan digər 2 sərnişin - Emin Xudiyev və Nərmin Təhməzova xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.