Ölkədə kuryoz oğurluqlar BAŞ VERİB... - VİDEO

Şirvanda fərdi evdən gecə saatlarında 200 manat pul və 3400 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Ölkədə kuryoz oğurluqlar BAŞ VERİB... - VİDEO
Şirvanda fərdi evdən gecə saatlarında 200 manat pul və 3400 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

meqale.com Xəzər TV-yə istinadən bildirir ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini, bir müddət əvvəl bənzər əmələ görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Ehtibar Həsənov saxlanıb.

Onun əldə etdiyi pul və qızıl-zinət əşyaları maddi sübut kimi götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Sumqayıt şəhərində isə avtobusda sərnişinlərdən birinin əl çantası oğurlanıb. zərərəçəkən  polisə  müraciət edərək içərisində 900 manat, bank kartları, qızıl-zinət əşyaları və digər qiymətli əşyalar olan çantanın oğurlandığı barədə məlumat verib. hadisəni törətməkdə şübhəli bilinən Sevinc Sadıqova saxlanıb. Araşdırmalar zamanı qadının sosial şəbəkədə özünü ev təmiri ilə məşğul olan usta kimi təqdim edərək ona müraciət edən şəxslərin etibarından sui-istifadə edərək onların pul vəsaitlərini ələ keçirdiyi də məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: