Ölüm xəbəri yayılan gənc aparıcı həyata qayıtdı - FOTO
-------- Azərbaycanlı yazıçı Murad Muradov həyata qayıdıb.
meqale.com olay-a istinadən xəbər verir ki, bu barədə onun dostları məlumat verib. Onlar feysbukda dostlarının sağ olduğunu, nəfəsinin gəldiyini yazaraq, izləyicilərindən dualarını əksik etməmələrini istəyiblər.
Qeyd edək ki, Muradın vəfatıyla bağlı yazar İlham Əziz məlumat yaymışdı.
meqale.com report-a istinadən xəbər verir ki, Quba Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinin reanimatoloqu Paşa Məmmədov bildirib ki, gənc yazarın həyatda qalmaq şansı olmasa da, hələ ki, sağdır.
O qeyd edib ki, M.Muradovun vəziyyəti son dərəcədə ağırdır, koma 3-dür:
"Beyin ölümü baş verib, lakin hələ ki, ürək vurur. O, süni nəfəs aparatına bağlıdır".
10.05.2024 4 gün əvvəl yaşadığı Quba rayonunda insult keçirən rayonun tədbir aparıcısı Murad Muradov vəfat edib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, koma halında Quba Diaqnostika Mərkəzinə yerləşdirilən 38 yaşlı Murad bu gün dünyasını dəyişib.
Qeyd edək ki, M.Muradov bir sıra televiziya kanallarında müxbir və aparıcı kimi çalışıb, Şimal regionundakı tədbirlərdə daim aparıcı kimi iştirak edib. O, gənc yazıçı kimi də tanınıb.