Onlayn dəvətnamə ilə kiberdələduzluğun qurbanı olacaqdı

Son zamanlar kibercinayətkarlar yeni fırıldaqçı üsullar tətbiq etməyə başlayıblar.

Onlayn dəvətnamə ilə kiberdələduzluğun qurbanı olacaqdı
Son zamanlar kibercinayətkarlar yeni fırıldaqçı üsullar tətbiq etməyə başlayıblar.

meqale.com xəbər verir ki, belə hallardan biri də toy dəvətnaməsi adı ilə baş verib. Bakı sakininə onlayn dəvətnamə atıblar ki, sizi toya çağırırıq. Dəvətnamədə bəyin gəlinin adı olsa da dəvətnaməni yazanın adını öyrənmək üçün linkə keçid eləmək lazımdır. Məsələdən xəbərdar olan şəxs həmin nömrəni bloka ataraq qurban olmaqdan son anda xilas olub. 

Bu cür mesajlara ehtiyatla yanaşmaq və tanımadığınız şəxslərdən gələn linklərə daxil olmamaq vacibdir. Kibercinayətkarlar bəzən belə dəvətnamə və ya təbrik mesajları ilə insanları tələyə salır və şəxsi məlumatları oğurlamağa çalışırlar.