“Orduda qadınların potensialından istifadə etməliyik” - Paşinyan

"Qadınların hərbi xidmətə cəlb olunması prosesləri çox ləng gedir, bəzən heç getmir".

“Orduda qadınların potensialından istifadə etməliyik” - Paşinyan
"Qadınların hərbi xidmətə cəlb olunması prosesləri çox ləng gedir, bəzən heç getmir".

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ermənistan Baş nazir Nikol Paşinyan deyib.

"Çətinliklərin olduğu aydındır. Amma etiraf etməliyik ki, əhalimizin əksəriyyətini qadınlar təşkil edir. Əgər onların potensialından tam istifadə etməsək, o zaman ölkəmizin inkişaf yolunu bağlayacağıq", - Paşinyan deyib.

Baş nazir müdafiə naziri Suren Papikyandan orduda xidmət edən qadınlara dair sual verib. Papikyan suala belə cavab verib: "Hərbi xidmətə könüllü getməyə razı olmayan bir nəfər də olsun çağırış olmayıb. Hər çağırış üçün ən azı 2 nəfərimiz var və onların əksəriyyəti xidmətini davam etdirir".