“Oskar”da yeni nominasiya
Ən nüfuzlu mükafatlardan biri olan "Oskar"a yeni nominasiya əlavə olunub.
meqale.com xəbər verir ki, bu barədə Amerika Kino Sənəti və Elmləri Akademiyası məlumat yayıb.
Bildirilib ki, "Oskar" mükafatının kateqoriyaları sırasına "Ən yaxşı kaskadyor" da əlavə edilib.
Hazırda Kino Sənəti və Elmləri Akademiyasında 100-dən çox kaskadyor var. Ümumilikdə təşkilata 8000-dən çox mütəxəssis daxildir.
2026-cı ildə ilk dəfə olaraq kastinq mütəxəssislərinə də "Oskar" veriləcək. Mükafatlandırma mərasimi zamanı kastinq mükafatının təqdim edilib-edilməyəcəyi hələlik bəlli deyil.