Ötən ay ən isti yanvar kimi tarixə düşdü
Keçən ay tarixin ən isti yanvarı qeydə alınıb. Havanın orta temperaturu 1991-2020-ci illərlə müqayisədə 0,7 dərəcə, sənayedən əvvəlki dövrlə (XIX əsrədək) müqayisədə isə 1,66 dərəcə yüksək olub.
meqale.com oxuya istinadən bildirir ki, bu barədə "Copernicus"un (Avropa İttifaqının iqlim monitoru) hesabatından bəlli olub.
Bildirilib ki, dəniz səthinin temperaturu 2023-cü ilin avqustunda qeydə alınan ən isti okean ayı ilə müqayisədə bir qədər sərin olsa da, fevralın ilk bir neçə günündə dəniz temperaturu yüksəlməyə davam edib və 2023-cü ilin avqustunda müəyyən edilmiş gündəlik rekordları üstələyib.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun