Övladlarımızın yaşında tərk etdiyimiz Cəbrayıla övladlarımızla birlikdə qayıdırıq - Şamil Hüseynli

Övladlarımızın yaşında olarkən məcburi şəkildə tərk etdiyimiz Cəbrayıla indi övladlarımızla birlikdə qayıdırıq.

meqale.com bildirir ki, bunu Trend-ə açıqlamasında Cəbrayıl sakini Şamil Hüseynli deyib.

Onun sözlərinə görə, şükürlər olsun ki, biz də öz doğma el-obamıza, yurdumuza qayıdırıq.

"Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin, bu günləri bizə yaşatdıqları üçün onlara minnətdarıq. Cəbrayılda öz arzularımızı gerçəkləşdirə bilməmişik. İnşallah övladlarımız üçün o arzuları reallaşdırarıq. Övladlarımız doğma yurdda təhsil alıb, orada böyüsünlər və gələcək planlarını orada qursunlar", - deyə o bildirib.