"Özünüzü zibil qabına atın" - Erməni deputat etirazçıları təhqir etdi
Ermənistanın hakim partiyasından olan deputat Hasmik Akopyan itaətsizlik aksiyası keçirən etirazçıları təhqir edib.
meqale.com unikal-a istinadən xəbər verir ki, deputat bu barədə "Facebook" hesabında yazıb.
"Hörmətli etirazçılar, küçəni zibil qutuları ilə bağlamaqdansa, özünüzü zibil qabına atıb zibil maşını gözləyin. Sizin yeriniz zibillikdədir", - deyə deputat qeyd edib.
O, bir müddət sonra postu silməyə məcbur olub.