Pakistan-Əfqanıstan sərhədində insident - 40 yaralı

Pakistanda Əfqanıstanla sərhəddə yerləşən "Çaman" nəzarət-buraxılış məntəqəsində sakinlərlə polis arasında qarşıdurma baş verib.

Pakistan-Əfqanıstan sərhədində insident - 40 yaralı
Pakistanda Əfqanıstanla sərhəddə yerləşən "Çaman" nəzarət-buraxılış məntəqəsində sakinlərlə polis arasında qarşıdurma baş verib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Dawn" qəzeti yayıb. 

Bildirilir ki, insident zamanı 40 nəfər xəsarət alıb. Hadisəyə səbəb isə yerli sakinlərin keçirdiyi etiraz aksiyasının liderinin həbs edilməsi olub. Belə ki, sakinlər artıq bir neçə aydır "Çaman" məntəqəsində Pakistan rəhbərliyinin pasport və vizası olmayan şəxslərin sərhədi keçməyə qadağa qoymasına etiraz edirlər. Bundan əvvəl isə pakistanlılar və əfqanlar sərhədi şəxsiyyət vəsiqələri ilə keçə bilirdilər.