Paltaryuyan maşınla bağlı HƏYƏCAN TƏBİLİ: "Təhlükəli kimyəvi reaksiya..."
Böyük Britaniyadan olan məşhur bloger Linsi Krombi yuma zamanı paltaryuyan maşının xarab olmasına səbəb olan səhvləri açıqlayıb.
meqale.com Publika.az-a istinadən xəbər verir ki, müvafiq material "Express" nəşrinin saytında dərc olunub.
O sözlərinə görə, paltaryuyan maşını çox yükləməyə ehtiyac yoxdur:
"Adətən, insanlar maşına çox paltar yığırlar və qulluq etiketlərini oxumurlar. Bu da texnikanın zədələnməsinə səbəb olur".
Bloger kirləri təmizləmək üçün tez-tez ağ sirkə və ağartma vasitələrindən istifadə edildiyini söyləyib:
"Bu vasitələr sağlamlıq üçün qorxulu olan zəhərli xlor qazı çıxaran təhlükəli kimyəvi reaksiya ilə nəticələnir".