Panama Donald Trampdan BMT-yə şikayət edə bilər

Panama Prezidenti Xose Raul Mulino bildirib ki, Donald Tramp Panama kanalı ilə bağlı ölkəyə təzyiqləri davam etdirərsə, ölkəsi BMT Təhlükəsizlik Şurasına müraciət edə bilər.

meqale.com xəbər verir ki, bu barədə "Politico" nəşri Panamanın keçmiş prezidenti Ernesto Balladaresə istinadən məlumat verib.

Sabiq prezident vurğulayıb ki, Xose Raul Mulino Donald Trampın yanvarın 20-dən (andiçmə mərasimi baş tutacaq) sonra atacağı addımları gözləyir.