"Panatinaikos" Ergin Atamanla müqavilə müddətini uzadıb
Yunanıstanın "Panatinaikos" basketbol komandası türkiyəli baş məşqçisi Ergin Atamanla müqavilə müddətini uzadıb.
meqale.com AZƏRTAC istinadən xəbər verir ki, 59 yaşlı mütəxəssislə 3 illik yeni sözləşmə imzalanıb.
"Panatinaikos" ötən mövsüm Ergin Atamanın rəhbərliyi altında Avro Liqanın və ölkə çempionatının qalibi olub.