Paris-2024: Azərbaycanın lisenziya sayı 11-ə yüksəlib - ADLAR
Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan milli komandasının heyətinə daha bir idmançı əlavə olunub.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, batutçu Selcan Mahsudova Fransa paytaxtına yollanacaq komandanın sayını 10-a yüksəldib.
Bu, ölkə gimnastika tarixində batut gimnastikası üzrə qazanılan ilk lisenziyadır.
Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanan idmançılar
Gimnastika Zöhrə Ağamirova, bədii gimnastika Selcan Mahsudova, batut gimnastikası
Güləş Maqomedxan Maqomedov (97 kq), sərbəst güləş Sənan Süleymanov (77 kq), yunan-Roma güləşi Həsrət Cəfərov (67 kq), yunan-Roma güləşi
Atletika Anna Skidan, çəkicatma
Boks Nicat Hüseynov (51 kq) Murad Allahverdiyev (80 kq) Məhəmməd Abdullayev (+92 kq)
Taekvondo Qaşim Maqomedov (58 kq)