Paşinyan ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşdü
Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri Yan Borqla görüşüb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Armenpress" yayıb.
Bildirilir ki, tərəflər görüş zamanı Ermənistanla ATƏT arasında əməkdaşlıq, Cənubi Qafqazda baş verən hadisələr, eləcə də Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesini müzakirə ediblər.