Paşinyan Azərbaycanla sülh prosesi haqqında: Kosmosa uçuşlar da qeyri-real görünürdü
Ermənistanın strategiyası region qonşuları ilə iqtisadi inteqrasiyanı dərinləşdirməyə yönəlib.
meqale.com report-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Yenidənqurma və İnkişaf Bankının İrəvanda keçirilən illik iclasında deyib.
"Kosmosa uçuşlar da qeyri-real görünürdü, lakin insanlar yeni şeylər öyrənməyə hazır olduqları üçün buna nail oldular. İndi kosmosa uçuşlar heç kəsi təəccübləndirmir", - o bildirib.