Paşinyan Kolomina ilə Cənubi Qafqazı müzakirə etdi
Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda səfərdə olan NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina ilə görüşüb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, tərəflər görüş zamanı Cənubi Qafqazda təhlükəsizlik, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması ilə bağlı son prosesləri müzakirə ediblər.
Paşinyanla Kolomina, həmçinin Ermənistan-NATO əməkdaşlığına dair məsələlər ətrafında fikir mübadiləsi aparıblar.