Paşinyan Pakistanla əlaqələr qurmaq istəyir
"Azərbaycanla sülh müqaviləsinin imzalanması Pakistanla münasibətlərin qurulması üçün əlverişli şərait yarada bilər".
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Pakistanın Ermənistanla diplomatik əlaqələrdən imtina etməsi Azərbaycan amili ilə bağlıdır.