Paşinyan: Sülh müqaviləsi noyabra qədər imzalana bilər
Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi noyabr ayına qədər imzalana bilər.
meqale.com APA-ya istinadən bildirir ki, bu barədə Paşinyan bugünkü mətbuat konfansında bildirib.
Baş nazirin sözlərinə görə, bunun üçün danışıqlar zamanı razılaşdırılmış bütün prinsipləri sənəddə qeyd etmək lazımdır və bu prinsiplər açıqdır.
Paşinyan qeyd edib ki, Ermənistan məlum prinsiplər çərçivəsində noyabr ayına qədər Azərbaycanla sülh sazişini imzalamağa hazırdır.