Pedri "Barselona" ilə bağlı qərarını verdi

22 yaşlı yarımmüdafiəçi Pedri "Barselona" ilə müqaviləsini 2030-cu ilə qədər uzatmaq üçün klubla şifahi razılığa gəlib.

Pedri
22 yaşlı yarımmüdafiəçi Pedri "Barselona" ilə müqaviləsini 2030-cu ilə qədər uzatmaq üçün klubla şifahi razılığa gəlib.

meqale.com xəbər verir ki, bu barədə tanınmış jurnalist Fabritsio Romano "X" sosial şəbəkəsində məlumat yayıb.

İspan futbolçunun mövcud müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. Yeni müqavilənin detallarının yaxın vaxtlarda yekunlaşdırılacağı və rəsmi imza tarixinin hələ dəqiqləşdirilmədiyi bildirilib.

Xatırladaq ki, Pedri 2020-ci ilin yayından "Barselona"nın heyətində çıxış edir. Bu dövr ərzində o, bütün turnirlərdə 174 oyuna çıxaraq 24 qol vurub və 17 məhsuldar ötürmə edib.