Pensiyalarla bağlı qaydalarda yeni dəyişikliklər

Nazirlər Kabineti sığorta-pensiya sisteminin təkmilləşdirilməsi, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi sahəsində növbəti addım kimi, "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nda dəyişiklik edib.

Bu barədə meqale.com-a Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən bildirilib.

Yeni dəyişikliklərlə:

• Ailə başçısını itirməyə görə pensiya təyinatı zamanı ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının nümayəndəsinin arayışı tələb edilməyəcək;

• Vaxtilə kolxozda çalışmış şəxslərin sığorta stajı hesablanarkən əmək kitabçasında əmək iştirakı günü (minimum əmək günü) qeydinin olması tələb edilməyəcək;

• 01.07.2017-ci ilədək 20 təqvimi xidmət ilindən çox xidmət etmiş hərbçilərə həmin vaxta qədər 20 ildən yuxarı göstərilmiş xidmətin hər ili üçün təminat xərcliyinin 3 faizi qədər əlavə hesablanacaq;