Pentaqon etiraf etdi - Suriyada görün nə var
ABŞ Suriyada kimyəvi silahların ehtiyatlarının olduğunu düşünür və bu silahların istifadəsinin qarşısını almaq məqsədilə tərəfdaşları vasitəsilə onları tapmağa çalışır. meqale.com xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsü Sabrina Singh, Suriyada hakimiyyət dəyişikliyi fonunda jurnalistlərə məlumat verib.
"Tərəfdaşlarımızın işi sayəsində, bu kimyəvi silahların mülki şəxslərə, ABŞ qüvvələrinə və ya regiondakı tərəfdaşlarımıza qarşı istifadə etmək istəyənlərin əlinə keçməməsinə çalışırıq... Sizin dediyiniz mənada, onları "ovlamaqla" məşğul olan Amerika hərbçiləri yoxdur."
Bununla yanaşı, Pentaqon nümayəndəsi tərəfdaşların kim olduğunu, ABŞ-ın onlarla kəşfiyyat məlumatlarını paylaşmasının mümkün olub-olmadığını və ya bu silahların Suriyada harada yerləşdiyini açıqlamaqdan imtina edib.