Peskov təsdiqlədi: Rus sərhədçilər Ermənistandan çıxır
Vladimir Putin və Nikol Paşinyan Rusiya hərbçiləri və sərhədçilərinin Ermənistanın bir sıra rayonlarından çıxarılması barədə razılığa gəliblər.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Buna baxmayaraq, Ermənistan tərəfinin xahişi ilə rus sərhədçilər İran və Türkiyə ilə sərhədi qorumağa davam edəcəklər", - Peskov əlavə edib.