Pilot İqor Kşnyakinin həyat yoldaşının təsirli görüntüsü - VİDEO

Qazaxıstanın Aktau şəhərində Azərbaycan təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirən pilot İqor Knyaşkinin ailəsi cənazənin gətirilməsini gözləyir. 

meqale.com xəbər verir ki, mərhumun cənazəsini gözləyən pilotun həyat yoldaşı göz yaşlarına boğulub. 

Məlumata görə pilotun cənazəsi ekspertiza rəyindən sonra ailəsinə təhvil veriləcək.

Qeyd edək ki, AZAL-ın sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması nəticəsində həlak olmuş pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olunacaq.

Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Son məlumata görə, qəza nəticəsində 26 vətəndaşımız həyatını itirib, 16 Azərbaycan vətəndaşı isə sağ qalıb.