Piterdə Fransa konsulluğu önündə aksiya keçirildi
Sankt-Peterburqda Yeni İnsanlar Partiyasının tərəfdarları Parisdə həbs edilən biznesmen və Teleqramın yaradıcısı Pavel Durovun azadlığa buraxılması tələbi ilə Fransa Konsulluğu qarşısında aksiya keçiriblər.
meqale.com axar.az-a istinadən xəbər verir ki, aksiya iştirakçıları messencer loqosuna bənzəyən kağız "təyyarələri" konsulluğun qapısına yapışdırıblar.
Etiraz zamanı "Pavel Durova azadlıq", "Assanc, Snouden, Durov" şüarları səsləndirilib.
Qeyd edək ki, Pavel Durov şəxsi təyyarəsi ilə Fransaya gedərkən Paris hava limanında həbs edilib.